Yeniyetmələr arasında dava: DİN hərəkətə keçdi
Hacıqabulda yetkinlik yaşına çatmayan şəxslər arasında yaranan mübahisə zamanı bir yeniyetmənin xəsarət alması faktı ilə bağlı müvafiq ekspertiza təyin olunub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BUTA.TV-a bildirilib ki, əməli törədən şəxs məlumdur.
Ekspertizanın rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Araşdırmalar davam etdirilir.