Xəbər verildiyi kimi, Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzun sürən xəstəlikdən sonra bu gün, 54 yaşında vəfat edib.

BUTA.TV xəbər verir ki, “Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyinin sədri Elşən Uluxanlı Musavat.com-a açıqlamasında bildirib ki, Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək.

Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Ehtiram Əliyev son günlər Milli Onkologiya Mərkəzinin reanimasiya şöbəsində müalicə alırdı. Ona xroniki ürək çatışmazlığı, ağciyər ödemi və anemiya diaqnozları qoyulmuşdu.

Ehtiram Əliyev 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində anadan olub. Birinci Qarabağ müharibəsində iştirak edən Ehtiram Əliyev döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Xəzər 45 metr geri çəkildi – “Rusiyanın qəsdli marağı var” Xəzər 45 metr geri çəkildi – “Rusiyanın qəsdli marağı var”