Rusiyanın Sankt-Peterburq şəhərində Busnaya küçəsində sənaye sexində yanğın baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, yanğının sahəsi 600 kv.m-ə çatıb. Yanğının söndürülməsinə 7 texnika və 30 canlı qüvvə cəlb olunub.