Cəlilabadda ay yarım əvvəl alınan ev külə döndü
Cəlilabad rayonunda fərdi yaşayış evində yanğın baş verib.
BUTA.TV Report-a istinadla xəbər verir ki, hadisə rayonun Kazımabad kəndində qeydə alınıb.
Məlumata görə, Adil Əliyevə məxsus kürsülü, birmərtəbəli, 80 kvadratmetr sahəsi olan evdə qəfil yanğın başlayıb. Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub.
Nəticədə ev əşyaları ilə birlikdə tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Məlumata görə, ev təxminən bir ay əvvəl alınıb. Faktla bağlı araşdırma aparılır.
Əliyevə sual: Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz?