Husilər Yunanıstan tankerini raketlə vurdu
Husi silahlıları Yəmənin Qırmızı dəniz sahillərində Panama bayrağı altında üzən Yunanıstana məxsus neft tankerini gəmi əleyhinə raketlə vurub.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
Məlumata görə, zərbə nəticəsində tankerin mühərrik və sükan bölməsini sıradan çıxarıb.
Heyət zədələnmiş hissələri təmir edib və tanker yoluna davam edib.