Naxçıvan şəhərində axşam saatlarında piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.

BUTA.TV xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

Belə ki, avtomobil 1959-cu il təvəllüdlü İbrahim Şahsuvar oğlu Fətəliyevi vurub.

Yaralı dərhal Naxçıvan Muxtar Respublikası Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Bəxtiyar Dali ilə bağlı qərar verildi Bəxtiyar Dali ilə bağlı qərar verildi