Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - Video
Video
Bu gecə saat 2 radələrində Rumıniya yaxınlığındakı Sulina limanı ətrafında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub.
“BUTA.TV” xəbər verir ki, gəmidə 14 nəfər olub. Onlardan 13-nün Azərbaycan, 1-nin isə Türkiyə vətəndaşı olduğu bildirilir.
Hadisə şahidlərinin sözlərinə görə, heyətin cəld müdaxiləsi nəticəsində alovun yük tanklarına keçməsi və dizel yükünün alışmasının qarşısı alınıb.
Hazırda heyət təxliyə olunmasını gözləyir.
Qeyd edək ki, daha öncə də azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalmışdı.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - Video