Xəbər verdiyimiz kimi, paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərilib. Həmin şəxs 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib.

BUTA.TV Bakı.vs-ə istinadla xəbər verir ki, qətlə yetirilən polislərdən biri Eldəniz Məmmədov müğənni Elnar Xəlilovun dayısı oğludur.

O sosial şəbəkə hesabında Eldənizin forosunu paylaşaraq, ona Allahdan rəhmət diləyib.