Peru lideri Çinə səfərə gedir
Peru Respublikasının Prezidenti Dina Boluarte iyunun 25-dən 29-dək davam edəcək rəsmi səfərlə Çinə gələcək.
BUTA.TV xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Çinin sədri Szinpinin dəvəti ilə Peru Respublikasının Prezidenti Dina Boluarte Seqarra iyunun 25-dən 29-dək Çində dövlət səfərində olacaq”, - məlumatda bildirilib.