Mask 12-ci övladı ilə bağlı açıqlama yaydı
Dünyanın ən varlı adamı İlon Mask bildirib ki, “Neuralink”in icraçı direktoru Şivona Zilisdən övladının dünyaya gəlməsi ilə bağlı heç bir sirr yoxdur və bu barədə press-reliz yaymaq qəribə olardı.
BUTA.TV xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
“Gizli doğuşa gəlincə, bu, yalandır. Bütün dostlarımız, qohumlarımız bilirdi. Press-reliz yayımlanmayıbsa, bu, gizli demək deyil”, - o bildirib.
Qeyd edək ki, bu, Maskın 12-ci, Zilisin isə üçüncü övladıdır. Yeni doğulan körpənin adı və cinsi hələlik açıqlanmır.