Yeni Kaledoniyada növbəti etirazlar dalğası başladı
Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının lideri Kristian Teynanın Fransaya ekstradisiyasından sonra etirazların yeni dalğası başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, iyunun 24-də Teynanın Fransaya ekstradisiyasından sonra müstəqillik tərəfdarları polis maşınlarını yandırıb və yolları bağlayıblar.