Sumqayıtda qardaş qardaşını bıçaqlayıb.

BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 47-ci məhəlləsində qeydə alınıb. Sumqayıt şəhər sakini 2003-cü il təvəllüdlü Sənan Elşən oğlu Babayev aralarında baş vermiş münaqişə zəminində qardaşı 2004-cü il təvəllüdlü Sədan Elşən oğlu Babayevə bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.