Tramp: Ağ Evə qayıdan kimi onları qovacam!
Co Baydenin prezidentliyi dövründə ölkə miqrantlarla dolu idi, bu vəziyyət Rusiya, Çin və Şimli Koreyada gülüşə səbəb olur.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
“Biz onları tez qovmalıyıq, əsas problem Co Baydenin Rusiya, Çin, Kim Çen İn və KXDR-ə dedikləridir. Bu ölkələr bizə gülürlər, ABŞ-ın başına belə bir şey gəldiyinə inana bilmirlər”, - Tramp bildirib.
Tramp qeyd edib ki, Oval kabinetə qayıdan kimi görəcəyi ilk iş miqrantlar üçün sərhədləri bağlamaq olacaq.