Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisə baş verib.

BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

1975-ci il təvəllüdlü Oqtay Sabir oğlu Xəlilov idarə etdiyi "Mersedes" markalı avtomobillə təxminən 35-40 yaşlı qadını (şəxsiyyəti dəqiqləşdirilir) vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.