Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) 2028-ci il İllik İclasının Dövlət Neft Fondunun (ARDNF) ev sahibliyi ilə Bakıda keçirilməsi qərara alınıb.

BUTA.TV xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb.

Məlumata görə, Santyaqo Prinsiplərinin qəbul edilməsinin iyirminci ildönümünə təsadüf edən 2028-ci il İllik İclası suveren fondlar arasında əməkdaşlığın genişlənməsinə, qarşılıqlı təcrübə mübadiləsinə və investisiyaların idarə olunması sahəsində beynəlxalq müzakirələrin davam etdirilməsinə töhfə verəcək.

ARDNF-dən həmçinin bildirilib ki, Fondun İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 11–13 noyabr 2026-cı il tarixlərində Yunanıstanın paytaxtı Afinada keçirilən Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) 18-ci İllik İclasında iştirak edib.

Fondun İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 11–13 noyabr 2026-cı il tarixlərində Yunanıstanın paytaxtı Afinada keçirilən Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) 18-ci İllik İclasında iştirak edib.

Yunanıstanın İnkişaf Fondunun (Hellenic Growth Fund) ev sahibliyi etdiyi tədbir "Geosiyasi ziddiyyətlər şəraitində suveren kapital" mövzusuna həsr olunub. Suveren fondların və beynəlxalq maliyyə institutlarının rəhbərlərinin, eləcə də investisiya sahəsi üzrə ekspertlərin iştirak etdiyi iclasda geosiyasi qeyri-müəyyənliyin və texnoloji inkişafın suveren fondların fəaliyyətinə təsiri müzakirə olunub.

Tədbirin ilk günündə ARDNF-nin nümayəndələri SFBF-nin İdarə Heyətinin iclasında iştirak ediblər. İclasda Forumun qarşıdakı il üçün fəaliyyət istiqamətləri və iş proqramı, həmçinin üzvlük və idarəetmə ilə bağlı məsələlər nəzərdən keçirilib.

Rauf Hacıyevin oğlu bu gün rus blogerlə evlənir - Fotolar Rauf Hacıyevin oğlu bu gün rus blogerlə evlənir - Fotolar