Maskva ətrafında Balaşixada yataqxanada baş verən yanğında beş nəfər ölüb.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ikimərtəbəli, köhnə tikili olan yataqxanadan 8 nəfəri təxliyə ediblər.

Yanğının tam söndürülməsi üçün işlər davam edir.