"Akkuyu"nun işçiləri ağır qəzaya düşdü: ölənlər var - Video
Türkiyənin Mersin vilayətində tikilməkdə olan Akkuyu AES-in işçilərini daşıyan avtobusun minik avtomobili ilə toqquşması nəticəsində 2 nəfər ölüb, 35 nəfər yaralanıb.
BUTA.TV xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
“Akkuyu AES-in işçilərini daşıyan avtobus sürücüsü idarəetməni itirərək qarşıdan gələn zolağa çıxıb. Qəza nəticəsində çavuş və avtobusda olan sərnişinlərdən biri dünyasını dəyişib”, - məlumatda bildirilib.
İHA yazıb ki, qəzada ölən sərnişinlərdən biri - İsmayılova Rusiya vətəndaşıdır.
Qəzada yaralanan 35 nəfər xəstəxanalara yerləşdirilib.