Ukrayna Donetski vurdu: yaralılar var
Ukrayna ordusu Donetsk şəhərini atəşə tutub.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Donetskin Ukrayna ordusu tərəfindən atəşə tutulması nəticəsində Rusiya Fövqəladə Hallar Nazirliyinin 4 əməkdaşı yaralanıb. Petrovski rayonunda yanğınsöndürənlər yanğınla mübarizə apardıqları zamanı təkrar raket zərbələri endirilib. Zərbələr nəticəsində bir yanğınsöndürən maşın da yararsız vəziyyətə düşüb”, - məlumatda qeyd olunub.