Sumqayıt şəhərində hündürlükdən yıxılan uşaq ölüb.

BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə 10-cu mikrorayonda yerləşən hündürmərtəbəli binaların birində qeydə alınıb.

2019-cu il təvəllüdlü Kənan Fuad oğlu Həsənov yaşadığı mənzilin 7-ci mərtəbəsindən yıxılıb.O hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır