Bu gün Azərbaycan Premyer Liqasında IV turun daha bir qarşılaşması baş tutub.

BUTA.TV xəbər verir ki, "Qarabağ" öz meydanda "Turan Tovuz"la qarşılaşıb.

"Azersun Arena"da keçirilən matçda qonaqlar qələbə qazanıb - 0:1. Matçda yeganə qolu 18-ci dəqiqədə Otto Con Ağdam təmsilçisinin qapısından keçirib.

Günün digər matçında "Araz Naxçıvan"la "Neftçi" üz-üzə gələcək.