Teymur Musayev sədr təyin edildi
Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri dəyişib.
BUTA.TV xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, komissiyanın yeni sədri baş nazirin müavini Teymur Musayev olub.
Qeyd edək ki, bu təyinatadək Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Baş nazirin sabiq müavini Əli Əhmədov idi.
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü - Hadisə yerindən görüntülər