Siyəzəndə əməliyyat yolu ilə çətənə kolları aşkarlanıb.

Bu barədə BUTA.TV-a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

Məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini S.Mayılovdan kultivasiya yolu ilə yetişdirdiyi çəkisi 4 kiloqram olan çətənə kolları aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.