İraqda İslami Müqavimət Hərəkatı İsrailin Hayfa şəhərindəki “həyati hədəfə” pilotsuz təyyarə ilə zərbə endirib.

BUTA.TV xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, hücum avqustun 25-də səhər tezdən baş verib.

Bəyanatda həmçinin vurğulanıb ki, hərəkat düşmənin mövqelərini və istehkamlarını məhv etməyə yönəlmiş əməliyyatlarını davam etdirəcək.

Qeyd edək ki, Hizbullah bu gecə İsrailə 320-dən çox PUA və raketlə hücum edib.