Xoşbulağa ildırım düşdü, elektrik xətti sıradan çıxdı
Daşkəsən rayonunun Xoşbulaq kəndində qeyri-sabit hava şəraiti fəsad törədib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, ildırım düşməsi nəticəsində kənd ərazisində yüksək gərginlikli elektrik xətti qırılaraq yerə düşüb və kiçik yanğın olub.
Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Babək prospektində “BMW”nin körpüdən aşmasının - Anbaan videosu