Nəsiman Yaqublu ağır qəzaya düşdü
Tarixçi-professor Nəsiman Yaqublu Zəngilandan qayıdarkən qəzaya düşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Arif Hacılı məlumat yayıb.
N.Yaqublu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Bakı Dövlət Universitetində müəllim işləyən professor Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəddir. O, Zəngilandan seçicilərlə görüşdən qayıdırmış.