Pakistanda silahlı şəxslər magistral yolda sərnişin avtobuslarına hücum edib.

BUTA.TV xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Bildirilib ki, silahlı şəxslər ən azı 22 nəfəri maşınlardan endirərək etnik mənsubiyyətlərini yoxladıqdan sonra öldürüb.

Hadisə nəticəsində 5 nəfərin də yaralandığı bildirilib.

Öldürülənlər arasında 19 pəncablı və 3 bəluc var.