Rusiyanın Ukraynanı kütləvi raket və dron atəşinə tutması fonunda Polşa aviasiyası havaya qalxıb.

BUTA.TV xəbər verir ki, bu barədə Polşa silahlı qüvvələrinin komandanlığı məlumat yayıb.

Bildirilib ki, hərbi aviasiya ölkənin hava məkanının təhlükəsizliyini təmin etmək üçün havaya qaldırılıb.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Rusiya Ukraynaya kütləvi raket və dron zərbələri endirməyə başlayıb.

Rabitəbank müştərisinin cashback-i necə “əridi”? Emin Əfəndi yığılan məbləğin 30-40 faiz azaldığını iddia edir Rabitəbank müştərisinin cashback-i necə “əridi”? Emin Əfəndi yığılan məbləğin 30-40 faiz azaldığını iddia edir