Ukrayna ordusu bu səhər Nexoteyevka rayonu ərazisindən Belqorod vilayətinə girmək istəyib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları və rusiyalı hərbi blogerlər məlumat yayıb.

Məlumata görə, 200-ə qədər hərbçi bir neçə PDM vasitəsilə sərhədi keçməyə cəhd edib və toqquşma başlayıb. Bildirilib ki, Ukrayna ordusu 20-yə yaxın itki verərək geri çəkilib.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məsələ ilə bağlı bildirib ki, sərhəddə vəziyyət ağırdır, lakin nəzarət altındadır:

“Hərbçilərimiz planlı işlər aparır. Hər kəsdən sakitliyi qorumağı və yalnız rəsmi məlumatlara inanmağı xahiş edirəm”.