Sahib Məmmədov İqtisadiyyat Nazirinin müavini vəzifəsindən azad edilib.

BUTA.TV xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bununla da, iqtisadiyyat naziri Mikayıl Cabbarovun müavinlərinin sayı 5-ə düşüb.

Qeyd edək ki, Sahib Məmmədov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına sədr seçilib.