Teleqramın təsisçisi Pavel Durov keçmiş həyat yoldaşı İrina Bolqar tərəfindən İsveçrə məhkəməsinə verilib.

BUTA.TV xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

İ.Bolqar Durovu birgə nikahdan doğulan 2017-ci il təvəllüdlü övladını döyməkdə ittiham edib. Bundan əlavə, Bolqar Durovun övladları üçün aylıq 150 min avro aliment ödəməsini tələb edib.

Qeyd edək ki, Durov avqustun 24-də Parisdə saxlanılmışdı. Bu gün isə məhkəmənin qərarı ilə azadlığa buraxılıb.