Ukrayna Rusiya ərazisindəki mülki hədəflərə F-16 qırıcılarından zərbələr endirməməlidir.

BUTA.TV xəbər verir ki, bunu Niderland müdafiə naziri Ruben Brekelmans deyib.

“Ukrayna açıq şəkildə bunu edə bilməz. Biz belə şərt qoymuşuq. Kiyev ona verilən F-16 qırıcılarının köməyi ilə yalnız Rusiya ərazisindəki hərbi hədəflərə hücum edə bilər”, - nazir bildirib.