Pentaqon Ukraynanın ona təhvil verdiyi ilk Amerika F-16 qırıcısını itirməsi ilə bağlı məlumatı şərh etməkdən imtina edib.

BUTA.TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Bu məsələ ilə bağlı Ukrayna hakimiyyəti ilə əlaqə saxlamağınızı xahiş edirik", — Amerika hərbi idarəsinin nümayəndəsi bildirib.

Qeyd edək ki, "Voll Strit Jurnal" Ukraynanın ona verilən F-16 qırıcılarından birini itirdiyi barədə məlumat yaymışdı.