Ukraynaya təhvil verilən F-16 qırıcısı səhvən “Patriot” hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

BUTA.TV xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Maryana Bezuqlaya deyib.

“Məndə olan məlumata görə, ukraynalı pilot Aleksey Messin F-16 təyyarəsi bölmələr arasında koordinasiya pozulduğuna görə “Patriot” zenit-raket kompleksi tərəfindən vurulub”, - deyə o Teleqram kanalında yazıb.

Qeyd edək ki, Ukraynaya məxsus F-16 qırıcısının qəzaya uğradığı və pilotun öldüyü rəsmən təsdiqlənib. Qəzanın hansı səbəbdən baş verdiyi açıqlanmır.