Göygöldə 5 nəfər zəhərləndi, 2 nəfər öldü
Göygöl rayonunda kimyəvi maddədən zəhərlənmə olub, ölənlər var.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Balçılı kəndində qeydə alınıb.
İlkin məlumata görə, beş nəfər - 4 uşaq, 1 qadın (nənələri) başlarını yuduqları dərmandan zəhərlənib. Qadın və bir uşaq hadisə yerində ölüb. Digərləri Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü - Hadisə yerindən görüntülər