Ukrayna hərbçiləri yenə “mərmi aclığı” çəkir
Krasnoarmeysk istiqamətində döyüşən Ukrayna hərbçiləri artilleriya mərmiləri çatışmazlığından əziyyət çəkir.
BUTA.TV xəbər verir ki, bu barədə “Faynenşl Tayms” ukraynalı hərbçilərə istinadla məlumat yayıb.
“Mərmilərimiz tükənmək üzrədir. Kifayət qədər ehtiyatımız yoxdur”, - hərbçilərdən biri nəşrə açıqlamasında deyib.
Onun sözlərinə görə, resursların böyük hissəsi Kursk vilayətində döyüşən bölmələrə göndərilib.