Portuqaliyada yanğınsöndürən helikopteri qəzaya uğrayıb.

BUTA.TV xəbər verir ki, bu barədə ölkənin “Lusa” agentliyi məlumat yayıb.

Bildirilib ki, helikopter ölkənin şimalında çaya düşüb. Helikopterin içərisində olan 4 hərbçi həlak olub. Pilot ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bir nəfər isə itkin düşüb.