Trampa sui-qəsd cəhdi edən, görün, kim imiş - Foto
ABŞ prezidentliyinə namizəd Donald Trampa ikinci sui-qəsd cəhdi edən Rayan Uelsli Rut haqda maraqlı məlumat yayılıb.
BUTA.TV “Foks Nyus”a istinadla xəbər verir ki, o, Rusiyaya qarşı çoxsaylı çıxışların müəllifidir. Hətta 2022-ci ildə Rut X platformasında Rusiyaya qarşı döyüşdə ölməyə hazır olduğunu bildirib və Kremli yandırmağa çağırış edib.
Rut 2022-ci ildə yazıb: “Mən Krakovdan uçmağa və könüllü olaraq Ukrayna sərhədinə getməyə, döyüşüb ölməyə hazıram... Qoy nümunə olum, biz qalib gəlməliyik”.
2023-cü ildə Rut öz Feysbuk səhifəsindən əcnəbiləri Ukrayna tərəfində müharibədə iştirak etməyə təşviq etmək üçün istifadə edib. O, həmçinin özünü Ukrayna hökumətinin “qeyri-rəsmi vasitəçisi” adlandırıb və Əfqanıstan hərbçilərini Ukrayna uğrunda döyüşməyə səsləyib.
Qeyd edək ki, Trampa ikinci sui-qəsd cəhdi ötən gün olub. Tramp özünə məxsus qolf klubundan çıxarkən hasarın üstündən, təxminən 300-400 metr məsafədən ona avtomat silahdan atəş açılıb. Məxfi Xidmət dərhal qarşılıq verib. Rut ərazidən qaçmağa nail olsa da, uzaqlaşa bilməyib və həbs olunub.
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı