Türkiyənin Tunceli vilayətində 4.1 bal gücündə zəlzələ baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkan yerin 7 kilometr dərinliyində baş verib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.