Belarusda hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunanlar ölkə Prezidenti Aleksandr Lukaşenkonun helikopterini pulemyotla vuraraq məhv etməyi planlaşdırıblar.

BUTA.TV xəbər verir ki, bunu Belarus-1 telekanalının yayımladığı “Qətl planı. Hədəf Lukaşenkodur” filmində iş üzrə müttəhimlərdən biri Yuri Zenkoviç deyib.

“Dövlət başçısının helikopterini ya havaya qalxanda, ya da enərkən pulemyotla vurmaq istəyiblər”, - o bildirib.

Qeyd edək ki, 2022-ci il sentyabrın 5-də Minsk Vilayət Məhkəməsi Zenkoviçi Belarusda hakimiyyəti ələ keçirmək cəhdinə görə 11 il müddətinə azadlıqdan məhrum edib.

Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir? Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?