Türkiyə BRİKS-ə alternativ iqtisadi platforma kimi baxır.

BUTA.TV xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu” agentliyinə müsahibəsində deyib.

“BRİKS-ə alternativ iqtisadi platforma kimi baxırıq. AB ilə iqtisadi inteqrasiyamız uğurlu olsaydı, bəlkə də bir çox məsələlərdə bu qədər gərgin axtarışda olmazdıq”, - o bildirib.

Qeyd edək ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Türkiyənin BRİKS-ə tam üzv olmaq üçün müraciət etdiyini və bu müraciətə baxılacağını bildirmişdi.

Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir? Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?