Hizbullah İsrailin 7 kazarmasına zərbə endirdi
Hizbullah döyüşçüləri İsrail ordusunun Yuxarı və Qərbi Qaliley bölgələrindəki 7 kazarmasına zərbələr endirib.
BUTA.TV xəbər verir ki, bu barədə Hizbullaha məxsus Teleqram kanalında məlumat yayılıb.
Bildirilib ki, müvaqimət hərəkatının bölmələri reaktiv yaylım atəşi sistemindən Adamit, Zarit, Livan, Maale-Qolani, Metat, Şomera və Yaara yaşayış məntəqələrindəki ordu kazarmalarını atəşə tutub.