Xocalı prospektində nişanlanma xətləri ilə bağlı açıqlama
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakının Xətai rayonu Xocalı prospektində nişanlanmalar yenidən təşkil edilib.
AYNA-dan BUTA.TV-a bildirilib ki, velosiped zolağı və parklanma yerləri saxlanılaraq avtomobillərin hərəkəti üçün zolaqların sayı 2-yə çatdırılıb.
Parklanma yerlərinə giriş-çıxış üçün zolaqda yerlər də ayrılıb.