Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək.

BUTA.TV xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Qazilər Günü münasibətilə çıxışında deyib.

O xatırladıb ki, Azərbaycan dastan yazaraq sinəsində qanayan yara olan Qarabağın azadlığını təmin edib:

"Azərbaycanın suverenliyi, təhlükəsizliyi üçün şəhid olan hərbçilərə Allah rəhmət eləsin. Qazilərimizə cansağlığı arzulayıram".