Hikmət Hacıyev kanslerin müşaviri ilə görüşdü
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Berlində Federal Kanslerin Xarici və Təhlükəsizlik Siyasəti üzrə müşaviri Günter Sautter ilə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Hikmət Hacıyev X hesabında yazıb.
Bildirilib ki, görüşdə iki ölkə arasında ikitərəfli və regional məsələlər müzakirə edilib:
"Regionda yaranmış yeni sülh dövrü əlaqələrimizin və Avropa Birliyi ilə əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır".