Belqradda bu bina bayrağımızın rəngləri ilə işıqlandırıldı - Video
Paytaxt Belqraddakı binalardan biri Azərbaycan və Serbiya bayraqlarının rəngləri ilə işıqlandırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X-dəki hesabında yazıb.
"Belqrad bu gecə", - H.Hacıyev yazıb və paylaşıma video da əlavə edib.
Belgrad tonight!!! pic.twitter.com/or3SYqbhHG
— Hikmet Hajiyev (@HikmetHajiyev) February 15, 2026