İspaniyada ölənlərin sayı 68-ə çatdı - Video-Yenilənib
Video
İspaniyada iki sürət qatarı toqquşub.
“BUTA.TV” xarici mediaya istinadən xəbər verir ki, hadisə Toledo vilayətində baş verib.
İlkin məlumata görə, qəza zamanı 10 nəfər həlak olub.
Hadisənin səbəbləri hələ məlum deyil.
“The Independent” hadisə nəticəsində ölənlərin sayının 39 nəfərə çatdığını yazıb.
İspaniyanın yerli “Antena3” telekanalının məlumatına görə, qəzada həlak olanların sayı 50-ə yüksəlib, daha 179 nəfər isə yaralanıb.
Qəza səbəbindən bu gün Madriddə traktorçuların yüksək yanacaq qiymətlərinə qarşı planlaşırdığı etiraz aksiyası ləğv edilib.
İspaniyada həlak olanların sayı 64 nəfərə çatıb.
Hər iki qatarda ümumilikdə 544 sərnişin olub.
Ölkənin Baş naziri Pedro Sançes qəza səbəbindən gün ərzində iş qrafikində olan bütün tədbirləri ləğv edib.
“El Espanol” nəşrinin məlumatına görə ölənlərin sayı 68 nəfərə çatıb.
Dollar alıb-satanlara vacib xəbər...