ABŞ Prezidentinin xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoffun Ukraynaya səfəri zamanı Krım-tatar mətbəxinin yeməkləri hazırlanıb.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Dəmir Yolları məlumat yayıb.

Məlumata görə, menyuya Krım-tatar çörəyi olan otmek, tərəvəz boşqabı, dilimlənmiş ətlər, kiçik soyuq qəlyanaltılar dəsti olan məzə assorti, Krım yay salatı, Baxçasaray kababı və quru meyvələrdən hazırlanmış ənənəvi kompot – hoşaf daxil edilib.

Qüeyd edək ki, ABŞ Prezidentinin xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoff dünən təyyarə ilə Moskvadan Polşanın Jeşuv şəhərinə, oradan isə qatarla Ukraynaya səfər etmişdilər.

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab