Bu gün general olan hərbçilər kimlərdir? - Foto
Foto
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
“BUTA.TV”nun məlumatına görə, Sərəncamla “general-leytenant” hərbi rütbəsi verilən Zaur Zeynalabdul oğlu Rüstəmov nazirliyin Hərbi Hava Qüvvələrinin komandanının müavini - Hava Döyüş komandiridir.

“General-mayor” hərbi rütbəsi verilən polkovnik Elnur Əli oğlu Ələsgərli Müdafiə Nazirliyinin Hərbi İdarəetmə İnstitutunun rektorudur.

“General-mayor” hərbi rütbəsinə layiq görülən digər hərbçi Hikmət Rövşən oğlu Əliyev Hərbi Hava Qüvvələrində rəhbər vəzifələrdən birini tutur.

Yüksək rütbə verilən polkovnik Telman Əsgər oğlu Hüseynov isə Vətən Müharibəsi Qəhrəmanıdır. O, Əlahiddə Ümumqoşun Ordu komandanının müavini vəzifəsində çalışır.
.jpg)
Sabah Bakıda bu yollar qismən bağlı olacaq