Tək oğlunu Vətənə qurban verən şəhid atası: ‘10 illik əlillik pensiyamı kəsdilər’
Foto
Şəhid Valeh Bədəlovun atası Vahid Bədəlov sosial şəbəkədə paylaşım edərək 10 il aldığı əlillik pensiyasının kəsildiyini bildirib. Onun müraciəti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
BUTA.TV xəbər verir ki, Vahid Bədəlov paylaşımında Zəfər Gününün ölkədə təntənə ilə qeyd olunduğunu, lakin şəhid ailələrinin və qazilərin problemlərinin diqqətdən kənarda qaldığını iddia edib.
Şəhid atası bildirib ki, yeganə oğlunu Vətən uğrunda qurban verib, lakin hökumət onun 10 il aldığı əlillik pensiyasını dayandırıb. O, hazırda dərman almaq üçün belə maddi çətinliklə üzləşdiyini vurğulayıb.
Siz aylardır həll edilməyən problemi bir neçə saata necə həll etdiniz?
Vahid Bədəlovun paylaşımı jurnalistlərin də diqqətini çəkib. İlkin Muradov və Xaqani Hüseynov kimi jurnalistlər onun müraciətini öz sosial şəbəkə hesablarında paylaşaraq ictimaiyyətin və aidiyyəti qurumların diqqətini məsələyə yönəltməyə çağırıblar.
Jurnalist İlkin Muradov paylaşımında şəhid atasının da “görülən işlərə ləkə salırsınız” deyilərək susdurulub-susdurulmayacağını sual edib.
Xaqani Hüseynov isə izləyicilərini paylaşımı yaymağa, aidiyyəti şəxsləri işarələməyə çağırıb.
Qeyd edək ki, Vahid Bədəlovun pensiyasının hansı səbəbdən dayandırıldığı və məsələnin hazırkı hüquqi vəziyyəti ilə bağlı aidiyyəti qurumların açıqlaması hələlik məlum deyil. Məsələ ilə bağlı rəsmi mövqenin açıqlanması gözlənilir.
İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır