Boliviyanın Viaça şəhərində hərbi texnikaya xidmət mərkəzinin ərazisində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

BUTA.TV xəbər verir ki, bu barədə Boliviya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirlib ki, xilasedicilər partlayışdan sonra itkin düşmüş hesab edilən 14 nəfərdən 7-nin meyitini aşkarlayıblar.

Qeyd olunub ki, ölənlər arasında bir çavuş və altı çağırışçı var. Hadisə yerində axtarış-xilasetmə işləri və dağıntıların təmizlənməsi davam etdirilir.

Boliviya Prezidenti Rodriqo Pas faciə yerinə baş çəkib. O bildirib ki, ölən hərbi qulluqçulara ölümündən sonra çavuş rütbəsi veriləcək.

Xatırladaq ki, Viaçadakı hərbi obyektdə partlayış sentyabrın 4-də baş verib. Daha əvvəl iki nəfərin öldüyü və 59 nəfərin yaralandığı bildirilib.

Ərli qadınla yaşayan evli kişi polis çağırdı, özü həbs olundu Ərli qadınla yaşayan evli kişi polis çağırdı, özü həbs olundu